Şəhidlər xiyabanında klip çəkdirən hindistanlılarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfirlikdən bu cür davranışların pislənildiyi bildirilib:
“Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir”.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb.
Oxşar xəbərlər
DİN Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib
Daxili İşlər Nazirliyi bu gün Şəhidlər xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.Nazirliyin mətbuat...