Şəhidin vida mərasimində nənəsi ürəktutmasından öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun nənəsi ürəktutmasından dünyasını dəyişib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şiləvəngə kəndində qeydə alınıb.
Belə ki, nəşi yeni tapılan Vətən müharibəsi şəhidi, leytenant Şükürlü Elvin Azad oğlu ilə bu gün yaşadığı kənddəki evində vida mərasimi keçirilib. Mərasim zamanı şəhidin nənəsi ürəktutmasından vəfat edib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində itkin düşmüşdü. Şəhidin nəşi vida mərasimindən sonra dəfn olunması üçün ailəsinin yaşadığı Bakı şəhərinə aparılacaq və orada dəfn ediləcək.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı
Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin...