Şəhid anasından Ali Baş Komandana müraciət - VİDEO

Şəhid anasından Ali Baş Komandana müraciət - VİDEO
Video
Siyasət 3092

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin İctimai TV-nin canlı efirində şəhid analarından birinin Ali Baş Komandan İlham Əliyevə müraciətindən danışması böyük maraqla qarşılanıb.

BAKU.WS xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Aprel döyüşlərində şəhid olmuş hərbçinin anası ölkə başçısından oğlunun nəşi ilə azad edilən hər hansı yüksəkliyin heç bir halda dəyişdirilməməsini istəyib:

"Aprel döyüşləri zamanı şəhid analarından biri oğlunun cəsədinin qarşı tərəfdə olduğunu eşidir. Həmin vaxt düşmən şəhidin cəsədini vermək istəmirdi. Şəhid anası Ali Baş Komandana mesaj göndərirdi ki, birdən əldə olunan yüksəklikləri qaytarmaq şərt qoyularsa, mən razıyam, övladımın cəsədi düşməndə qalsın. Lakin torpağımızdan bir qarış belə güzəştə getməyək", - deyə Hacı Şahin Həsənli bildirib.

Oxşar xəbərlər

Son xəbərlər