Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Vətən Müharibəsindən sonra 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 860-ı şəhid ailəsi üzvləridir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:
“Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.
O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:
“Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...