Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırdı

25
may
2022
23:04
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə paylaşım edib.
“Dezinformasiyanı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - Mişel yazıb.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...
