Şarl Mişel: "Nəhayət 22 milyon ton taxılın ixracını alqışlayırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Qlobal ərzaq təhlükəsizliyi Aİ üçün prioritet məsələdir, mən Ukraynanın taxıl ixracı üçün Qara dənizdəki blokadanın açılmasına dair razılaşmanı alqışlayıram”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.
O vurğulayıb ki, bu saziş bütün dünyada milyonlarla insana fayda verə bilər və bunun üçün sazişin ciddi şəkildə yerinə yetirilməsi indi böyük əhəmiyyət kəsb edir:
“Biz BMT-nin rolunu və Baş katib Antoniu Quterreşin uzunmüddətli səylərini yüksək qiymətləndiririk. Bu prosesdə iştirakına görə Türkiyəyə təşəkkür edirik. Biz Ukraynanı və Prezident Zelenskini dəstəkləməyə davam edəcəyik. Nəhayət 22 milyon ton taxılın ixracını alqışlayırıq”.
Oxşar xəbərlər
Şarl Mişel dünyadakı ərzaq böhranına bu ölkənin səbəb olduğunu açıqladı
Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifa...