Şarl Mişel dünyadakı ərzaq böhranına bu ölkənin səbəb olduğunu açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Şarl Mişel BMT Təhlükəszilik Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və bütün regionlarda sabitliyi pozur.
“Dünyadakı ərzaq böhranına görə məsuliyyət daşıyan yeganə ölkə Rusiyadır. Kreml həmçinin taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır və eyni zamanda günahı başqalarının üzərinə atır. Bu qorxaqlıqdır”,- deyə Şarl Mişel bildirib.
Şarl Mişel bildirib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı sahəsinə aid deyil.
Oxşar xəbərlər
Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırdı
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Şarl Mişel...