Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakültəsində təhsil alıb, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...