Şagirdləri üçün qəhrəmanlıq dastanı yazan şəhid Rabil İsmayılov - FOTO

Şagirdləri üçün qəhrəmanlıq dastanı yazan şəhid Rabil İsmayılov - FOTO
Foto
Siyasət 1055

Şəhid baş leytenant Rabil İsmayılov haqqında BAKU.WS-in bölgə müxbiri xəbər hazırlayıb.

İxtisasca riyaziyyat müəllimi olan Rabil İsmayılov ehtiyatda olan zabit idi.

Qarabağ döyüşlərində öz şagirdlərinə əsl qəhrəmanlıq nümunəsi olan igidimiz məktəbdə müəllim, cəbhədə bir vətən oğlu kimi savaşdı.

Xocavənd istiqamətində gedən döyüşlərdə ən yüksək mərtəbəyə - şəhidlik zirvəsinə ucaldı. İsmayılovlar ailəsi kimi çalışdığı Mikayıl Muşfiq adına 14 saylı orta məktəbə də dərin bir hüzün çöküb.

Müəllim yoldaşları onun ölümünə inana bilməsələr də, tək təskinlikləri Rabil İsmayılovun vətən üçün əbədi gözlərini yumması - şəhidlik zirvəsinə yüksəlməsidir. Rabil İsmayılovun dərs dediyi sinfə şəhidin adı verilib.

Bu gün qəhrəman şəhidimizlə hər kəs fəxr edir. Şagirdləri isə ikiqat fəxr hissi yaşamaqdadır. Vətən sevgisini şagirdlərinə öz canı ilə aşıladı Rabil müəllim.

İkinci Qarabağ müharibəsi tarix dərsliklərində bir qəhrəmanlıq yolu kimi aşılanacaq gənc nəsilə. Bu döyüşlər bir daha onu göstərdi ki, vətən dedikdə vəzifə və kimliyindən asılı olmayaraq hər birimiz dəmir yumruğa çevrildik. Ruhun şad olsun, əsl müəllim, qəhrəman vətən olğu!

Son xəbərlər