Səudiyyə Ərəbistanının baş naziri İlham Əliyevi təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
BAKU.WS Prezident.az -a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.
Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.
Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Serbiya prezidenti Azərbaycana gəlir - Tarix AÇIQLANDI
"Serbiya Prezident Aleksandr Vuçiç 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək". BAKU.WS xəbər verir ki...