Səslər yenidən sayıldı, CHP-nin namizədi yenə qalib gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
TÜrkiyədə 31 mart bələdiyyə seçkilərində CHP-nin az fərqlə qalib gəldiyi İstanbul Qaziosmanpaşada hakim Ədalət və İnkişaf Partiyasının namizədi Həsən Tahsin Usta səslərin yenidən sayılmasını istəyib.
Səslərin yenidən sayılması nəticəsində Cumhuriyyət Xalq Partiyasının (CHP) namizədi Hakan Bahçetepenin 848 səs fərqlə qalib gəldiyi təsdiqləyib.
Qalib gələn Hakan Bahçetepe sosial media hesabından qələbəsini belə şərh edib: "Qadınlar, gənclər, demokratiyaya inananlar, tələbələr qazandı, Qaziosmanpaşa qazandı! Gaziosmanpaşaya təşəkkür edirik! Qaziosmanpaşaya xidmət edəcəyik".
Kadınlar kazandı, gençler kazandı, demokrasiye inananlar kazandı, kentsel dönüşüm mağdurları kazandı, öğrenciler kazandı, Gaziosmanpaşa kazandı!
— Hakan Bahçetepe (@BahcetepeHakan) April 4, 2024
Teşekkürler Gaziosmanpaşa!
Gaziosmanpaşa’ya hizmette tam yol ileri! pic.twitter.com/uvdv4AdhIu
Qeyd edək ki, martın 31-də keçirilən yerli seçkilərdə Qaziosmanpaşada CHP-nin namizədi Hakan Bahçetepe səslərin 40,45 faizini toplayaraq qalib gəlib. Qaziosmanpaşa bələdiyyə sədri və Ədalət və İnkşaf Partiyası tərəfindən yenidən namizədliyi irəli sürülən Həsən Tahsin Usta 40,12 səs toplaya bilib. Təxminən 1000 səs fərqinə görə Usta səslərin yenidən sayılmasını istəyib.
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb. "Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 fai...