Polis əxlaqsızlıq yuvasına basqın etdi, azərbaycanlı qadının ayağı sındı - VİDEO

Polis əxlaqsızlıq yuvasına basqın etdi, azərbaycanlı qadının ayağı sındı - VİDEO
Foto Video
Siyasət 806

Türkiyədə Trabzon polis idarəsi insan alveri ilə mübarizə çərçivəsində əməliyyat keçirib.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, şikayət əsasında keçirilən əməliyyat zamanı 2 Azərbaycan əsilli qadın saxlanılıb.

Polisin əlinə keçməmək üçün Aynur E. adlı qadın pəncərədən tullanıb. Bu zaman onun ayaqları sınıb. Hadisə yerinə çağırılan həkimlər onu xəstəxanaya yerləşdiriblər.

Digər qadın Aytaj M. polis tərəfindən saxlanılıb.

Hər iki qadın haqqında araşdırma aparılıb. Məlum olub ki, onlar sosial şəbəkələr üzərində qadınlar tapıblar. Tapdıqları qadınları Türkiyəyə çağırıb, onları fahişəliyə cəlb ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər