Sərxoş meymun küçədə insanlara hücum edib - VİDEO

Sərxoş meymun küçədə insanlara hücum edib - VİDEO
Video
Siyasət 193

Rusiyanın Komsomolskoye-on-Amur şəhərində sərxoş meymun insanlara hücum edib.

BAKU.WS "Mash" teleqram kanalına istinadən xəbər verir ki, heyvan viski içib və evdən qaçıb.

Qarik adlı meymunu ötən gün küçədə yoldan keçənlər görüblər. Meymun özünü küçədə qəribə aparır və insanlara hücum edirmiş. İlkin məlumata görə, heyvanın hərəkəti nəticəsində beş nəfər xəsarət alıb. Qarik onlardan birinin dodağını dişləyib.

Məlumata görə, meymun 47 yaşlı şəhər sakininə məxsusdur. Ev sahibi mayın 18-də evdə ziyafət verib, həmin vaxt kişi meymunu qəfəsdən buraxıb. Qarik adlı meymun isə viski içərək sərxoş olub və evi tərk edib.

Hazırda heyvan "Python" zooparkında saxlanılır. Sahibi meymunu götürmək fikrində deyil. O, etiraf edib ki, Qarikin öhdəsindən gələ bilmir. Bundan əlavə, o, zərərçəkənlərə kompensasiya ödəməyə hazırlaşır.

Qeyd edək ki, meymunda heç bir təhlükəli xəstəlik aşkar edilməyib.

Son xəbərlər