Sərkisyan “Aprel məğlubiyyəti”nə görə dindiriləcək

Sərkisyan “Aprel məğlubiyyəti”nə görə dindiriləcək
Siyasət 749
Ermənistan ordusunun 2016-cı ildə “Aprel döyüşləri”ndə strateji hədəfləri itirməsini və məğlubiyyətini araşdıran parlamentin xüsusi komissiyası sabiq prezident Serj Sərkisyanı da dindirəcək.BAKU.WS “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu komissiyanın üzvü Tiqran Karapetyan bildirib.O qeyd edib ki, hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, hər kəs dindirilməyə çağırıla bilər.Karapetyan sözlərinə əlavə edib ki, komissiya istintaq hüququna malik olduğu üçün dindirməyə dəvət etdiyi hər kəs iclasa gəlməlidir.Qeyd edək ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən etibarən Ermənistan ordusu Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. 2-5 aprel tarixlərində Azərbaycan ordusunun cavab zərbələri və əks həmlələri nəticəsində 2000 hektardan artıq ərazi azad edilib. “Lələ təpə” adlandırılan strateji yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlərdə 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.Fərid Ədalət

Oxşar xəbərlər

Aprel qələbəsindən 3 il ötür

Aprel qələbəsindən 3 il ötür

Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.Belə ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər at...

1361 Siyasət 00:09 02 aprel 2019

Son xəbərlər