Serj Sarkisyanın arvadı koronavirusdan öldü
20
noy
2020
17:25
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” saytı yayımlayıb. Məlumatda qeyd edilib ki, 58 yaşlı Rita koronavirusdan ölüb.
O, İrəvanda “Nairi” tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə olunurmuş. R.Sarkisyan daha sonra Almaniyaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Serj və Rita Sarkisyan 1983-cü ildə evləniblər. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Ermənistanın keçmiş prezidenti və həyat yoldaşının 5 nəvəsi var.
Oxşar xəbərlər
Serj Sarqsyanın arvadı ağır vəziyyətdə reanimasiyada yatır
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın arvadı Rita Sarqsyan “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. BAKU.WS oxu.a...