Sergey Markov: Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi.
BAKU.WS xəbər verir ki, bunu "Report"un əməkdaşına açıqlamasında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
O bildirib ki, hansısa neqativ hal görməyib: "Əlbəttə, seçici fəallığı prezident seçkilərində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur".
Politoloq, həmçinin Qarabağda ilk parlament seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkilərin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq".
Oxşar xəbərlər
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Ağdam şəh...