Serenay Sarıkayanının bahalı başmağı tənqid edildi - FOTO
Səyahətdən qayıdan məşhur aktrisa Serenay Sarıkayanın marağa səbəb olan yaşıl başmaqlarının qiyməti açıqlanıb.
BAKU.WS xəbər verir ki, aktrisanın ayaq geyiminin 33 min 795 lirə olduğu ortaya çıxıb. Sarıkayanın başmaqlarının belə baha qiymətə olması hər kəsi təəccübləndirib.
İzləyicilər sosial şəbəklərdə yayılan fotolara "Bazarda eyni başmaq 33 lirədir", "Bu məşhurlar hara pul xərcləyəcəklərini bilmirlər", "33 lirə belə verib geyinmərəm bu başmaqları..." kimi şərhlər yazaraq Serenayı tənqid ediblər.
Sonuncu dəfə havalimanında görüntülənən aktrisa yaşıl başmaqları və şlyapası ilə müzakirələrə səbəb olmuşdu.
Qeyd edəki, Serenay Yunanıstanda başladığı səyahətini Bodrumda bitirərək İstanbula qayıdıb. Aktrisanın rol aldığı "Aile" serialı hazırda mövsüm finalına çıxıb. Onun ekran işində tərəf müqabili həmkarı Kıvanç Tatlıtuğdur.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğun oğlu Kurt Efenin görünüşü müzakirələrə səbəb oldu - FOTO
Məşhur aktyor Kıvanç Tatlıtuğ uzun müddətdir mətbuatdan gizlətdiyi övladının üzünü göstərib. BAKU.WS xəbər verir ki, o, modelyer həyat yoldaşı Başak Dizerlə Bo...