Separatçılara maliyyə ötürülməsi ilə bağlı yeni məlumatlar

Separatçılara maliyyə ötürülməsi ilə bağlı yeni məlumatlar
Video
Siyasət 56

Azərbaycan beş ildir ki, dünyada yeni reallıq yaradıb, lakin hər keçən gün ölkəmiz üçün beş il əvvəlin növbəti uğurlu həlqəsidir. Düşmənə hiddət, dosta fərəh verən tarixi günləri bir-birinin ardınca millət olaraq toxumağa davam edirik.

2025-ci ilin son günlərində daha bir əlamətdar hadisə yaşadıq: Ağdam şəhərinə qayıdış başladı. Prezident İlham Əliyev Ağdama qayıdan ilk sakinlərlə görüşdü. Dövlət başçısının görüşdəki siyasi-strateji çağırışları isə diqqət çəkdi. Məsələn, bəzi güclər kağız üzərində işğalçı kimi tanıdıqları Ermənistana siyasi-iqtisadi dəstək verirdilər, Azərbaycanı müxtəlif təzyiqlərlə üz-üzə qoyurdular. İndi də belə qüvvələr mövcuddur. Prezidentin işğal dövrünün izlərini daşıyan Ağdamdan xalqa çağırışları bu mənada heç də təsadüfi deyil.

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Avropa Parlamenti tərəfindən bu yaxınlarda cinayətkarların, terrorçuların, separatçıların əfv edilməsi və ya onların siyasi məhbus adlandırılması ilə bağlı bəyanat qəbul edildi: "Yəni bu o deməkdir ki, nə Avropa Birliyi, nə də Avropa Parlamenti öz silahını hələ də əldən qoymayıb".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər