Səfirlik Nəriman Axundzadəni ABŞ klubuna keçməsi münasibətilə təbrik edib
ABŞ-nin Azərbaycandakı Səfirliyi milli futbolçu Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən "Kolambus Kryu" klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Kolambus Kryu" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! "Qarabağ"ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur".
Səfirlik həmçinin "Qarabağ" klubuna bu axşam "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda uğurlar və inamlı qələbə də arzu edib.
Oxşar xəbərlər
Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstand...