Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur

21
may
2019
10:33
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı “Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu məlum olub.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur.Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub.Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.
Oxşar xəbərlər
Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
Bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev...