Seçkinin nəticəsi bu tarixə qədər rəsmən açıqlanacaq

Seçkinin nəticəsi bu tarixə qədər rəsmən açıqlanacaq
Siyasət 474

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin yoxlanılmasını və yekun vurulmasını fevralın 29-dək təmin etməlidir.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilmiş parlament seçkilərilə əlaqədar bu müddət 2020-ci il fevralın 29-dək olan dövrü əhatə edir.

Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Qeyd edək ki, MSK bu gün seçkilərin ilkin nəticələrini açıqlayıb.

Son xəbərlər