Şəbnəm Həsənova: "Azərbaycan İrana qarşı ərazisini açmadı, amma dron zərbəsi aldı"
"İranın atdığı addımlar göstərir ki, müharibənin ərazisini genişləndirməyə çalışır, bununla da Azərbaycanı da proseslərə qoşmaq istəyir".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, bu, proseslərə Azərbaycanı qatmaq cəhdidir və bütövlükdə arxadan vurulan zərbədir:
"Azərbaycan illər ərzində dəfələrlə və açıq bildirdi ki, öz ərazisindən İrana qarşı hücum məqsədi ilə istifadəyə icazə verməyəcək. Müharibə başlayan kimi Azərbaycan öz ərazisindən müxtəlif dövlətlərin vətəndaşlarının təhlükəsiz keçidini təmin etdi. Ardınca Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət əxlaqı nümayiş etdirərək İrana başsağlığı verdi.
Müharibə başlar-başlamaz, biz yenə eyni yanaşmanı ortaya qoyduq ki, heç bir halda bizim ərazimizdən İrana qarşı hücum olmayacaq. Habelə, hava məkanımızı ABŞ və İsrail üçün bağlamışıq. Lakin bu gün İranın atdığı addımlar göstərir ki, müharibənin ərazisini genişləndirməyə çalışır, bununla da Azərbaycanı da proseslərə qoşmaq istəyir. Bu, son dərəcə səhv bir addımdır.
Dövlət başçımız dəfələrlə bildirib ki, hər bir dövlət sərhədləri boyu təhlükəsizlik haqqında düşünməli və bu istiqamətdə qərarlar alarkən ciddi düşünməli, düşünülmüş addımlar atmalıdır. İranın Naxçıvana dron zərbəsi endirməsi yanlış bir addımdır. Bu, proseslərə Azərbaycanı da qatmaq cəhdidir və bütövlükdə Azərbaycana arxadan vurulan zərbədir. İran nankorluq etdi. Müharibədə bu və ya digər proseslər ola bilər, lakin alınan qərarlar və xüsusilə də endirilən zərbələr zamanı heç bir halda bu kimi hücumlara, xüsusilə də Azərbaycanın sərgiləmiş olduğu yanaşma, atdığı addımlar müqabilində belə hücumlara yer yoxdur".
Orxan Hüseyn
Oxşar xəbərlər
İran bu qorxaq əməlinə görə peşman olacaq - VACİB AÇIQLAMA
"Azərbaycan illər ərzində aydın yanaşma ortaya qoydu ki, regional aktorlarla əməkdaşlıq, münasibətlərin qonşuluq prinsipinə sadiq qalaraq yürüdülməsi əsas xətti...