Səbinə Əliyeva Ermənistanın Kəlbəcərdəki cinayətlərilə bağlı beynəlxalq qurumlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ombudsman Aparatı ermənilərin Kəlbəcər rayonunda törətdikləri son cinayətlərlə bağlı açıqlama yayıb.
Aparatdan BAKU.WS-ə bildirilib ki, təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə ekoloji terroru davam etdirir.
"Bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.
Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edib", - Ombudsman Aparatından bildirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...