SAXAL daha 3 hərbçisini itirdi
21
dek
2023
09:07
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə daha üç hərbçisini itirib.
Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Çavuş Lavi Qazi, həmçinin leytenantlar Omri Şvarts və Yakov Elian Qəzza zolağının şimalında keçirilən əməliyyat zamanı həlak olub.
Eyni zamanda daha yeddi hərbçi ağır yaralanıb.
Qeyd edək ki, döyüş bölgəsində quru əməliyyatı başlayandan indiyədək SAXAL 137 hərbçisini itirib. Münaqişənin şiddətlənməsindən bəri İsrail ordusunun ümumi itkiləri 469 nəfərə çatıb.
Oxşar xəbərlər
İsrail ordusu daha iki hərbçisini itirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında döyüşlərdə daha iki əsgərinin öldüyünü təsdiqləyib. Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb. Qəzza zol...