Qəzza zolağında İsrail ordusunun itkiləri 450 əsgəri ötüb

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.
Bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.
Belə ki, son 24 saat ərzində iki israilli hərbçi - çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.
Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib.//report
Oxşar xəbərlər
Quru əməliyyatı başlayandan bəri Qəzzada ölən israilli əsgərlərin sayı açıqlanıb
Quru əməliyyatı başlayandan sonra Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb. BAKU.WS xəbər v...
