Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, Ş.Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək.
Bildirilib ki, "Regional sülh və təhlükəsizlik" mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.
"Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.
Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Oxşar xəbərlər
Azərbaycanın yeni KAMİKADZE DRONLARI
Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib. BAKU.WS report-a istinadən xəbə...