Şavkat Mirziyoyev İlham Əliyevi minifutbol millimizin dünya çempionu olması münasibətilə təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi minifutbol millimizin dünya çempionu olması münasibətilə təbrik edib
Video
Siyasət 60

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iclasda çıxışı zamanı Prezident İlham Əliyevi minifutbol millimizin dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib:

"İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik".

Xatırladaq ki, Azərbaycan yığması ölkəmizdə keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olub.

Millimiz həlledici görüşdə Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.

Son xəbərlər