Sankt-Peterburqun mərkəzindəki partlayışın bəzi təfərrüatları bəlli oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Rusiyanın St. Sankt-Peterburq şəhərində baş verən güclü partlayışın bəzi təfərrüatları bəlli olub.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, "Street Food Bar No 1" adlı kafedə yaşanan hadisə zamanı 25 nəfər yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 19 nəfərin xəstəxanaya yerləşdirildiyi, onlardan 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Hələlik partlayışı törədəninin kimliyi məlum deyil. Araşdırmalar davam edir.
Xatırladaq ki, ötən gecə baş verən partlayışda 1 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib. Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumatda ölən şəxsin Rusiya prezidenti Vladimir Putinin hərbi bloqçusu Vladen Tatarski kimi tanınan Maksim Fomin olduğu bildirilib.
Partlayışın dostlarının Tatarskiyə hədiyyə etdiyi heykəlin içərisinə yerləşdirilmiş bomba səbəbindən baş verdiyi qeyd edilib:
"Büstü gətirib ona təqdim edən gənc qız idi", - deyə hadisə şahidi bildirib.
Qalereya
Oxşar xəbərlər
Sankt-Peterburqun mərkəzində partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB
Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb. BAKU.WS xarici KİV-nə istinadən xəbər v...