Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Kafeyə içində partlayıcı olan heykəlcik gətirən, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən kafedə partlayış törədilib.
Ehtimal edilir ki, D.Trepova partlayıcı qurğu yerləşdirilmiş heykəlciyi kafeyə gətirib və onu V.Tatarskiyə təqdim edib. D.Trepova Rusiyanın Ukraynada hərbi əməliyyatlarının əleyhdarıdır, onun etiraz mitinqlərində iştirak etdiyi bildirilir.
Son məlumatlara görə, hadisə nəticəsində yaralıların sayı 32 nəfərə çatıb.
Oxşar xəbərlər
Sankt-Peterburqun mərkəzindəki partlayışın bəzi təfərrüatları bəlli oldu - FOTO
Ötən gün Rusiyanın St. Sankt-Peterburq şəhərində baş verən güclü partlayışın bəzi təfərrüatları bəlli olub. BAKU.WS BBC-yə istinadən xəbər verir ki, "Street Fo...