Sahil Babayev: "Azərbaycan İordaniyanın sülh və sabitlik naminə prinsipial mövqeyini qiymətləndirir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyü məsələlərində İordaniyanın davamlı dəstəyini yüksək qiymətləndirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.
"Azərbaycan və İordaniya arasında 30 ildən artıqdır ki, dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlər mövcuddur. Azərbaycan İordaniyanın suverenliyimizə və ərazi bütövlüyümüzə davamlı dəstəyini, həmçinin sülh, regional sabitlik və beynəlxalq hüquq normalarına riayət olunması naminə prinsipial mövqeyini yüksək qiymətləndirir", - S.Babayev qeyd edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...