Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.
Oxşar xəbərlər
Ermənistan və ABŞ TRIPP-in icrasını müzakirə edib
Ermənistan və ABŞ-nin işçi qrupları videokonfrans formatında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin icrasını müzakirə ediblər. BAK...