Şahbaz Şərif: Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim
Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" platformasındakı paylaşımında deyib.
"Azərbaycan Prezidentini və Azərbaycan xalqını Vətən müharibəsində tarixi qələbənin 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bakıda keçirilən möhtəşəm Zəfər Paradına şahidlik etmək mənim üçün böyük şərəfdir - bu parad Azərbaycanın igidliyini və birliyini nümayiş etdirir. Zəfər Paradı çərçivəsində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Biz tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq", - deyə paylaşımda qeyd olunub.
I extend heartfelt congratulations to President @azpresident and the people of Azerbaijan on the 5th anniversary of their historic Patriotic War victory.
— Shehbaz Sharif (@CMShehbaz) November 8, 2025
Honored to witness Baku’s grand Victory Parade, showcasing Azerbaijan’s courage & unity.
Proud to see Pakistan Army’s… pic.twitter.com/ERbbS3SKyr
Oxşar xəbərlər
Hərbi paradda DTX-nin xüsusi təyinatlılarından ibarət heyət də keçid edib
Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Dövlət Təhlükəsizliyi Xidmətinin "Qartal" xüsusi təyinatlılarından...