Sadır Japarov: "Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının inteqrasiyasına töhfə verib"
Yeniliklərdən dərhal xəbərdar olun
"100 il əvvəl Bakıda dildə, fikirdə və əməldə birlik şüarı altında türk dünyasının intellektual dirçəlişinin əsası qoyulub".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Qırğızıstan Prezidenti Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
Sadır Japarov xatırladıb ki, həmin dövrün mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq bir sıra vacib məsələlər müzakirə edilmişdi:
"Bu, şübhəsiz, qardaşlıq və onun daha da möhkəmləmdirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı".
Prezidentin sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar türk xalqlarının dünyaya inteqrasiyasına töhfə verib.
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...