Sabiq icra başçısı həbs edildi

Sabiq icra başçısı həbs edildi
Siyasət 731

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Son xəbərlər