Sabahdan seçki bülletenlərinin çapına başlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.
Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.
Oxşar xəbərlər
Sabah seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilmə prosesi başa çatır
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi...