Sabah seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilmə prosesi başa çatır
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.
BAKU.WS-in məlumatına görə, Seçki Məcəlləsinin 101.2, 101.4 maddələrinə əsasən, müvafiq DSK-lar tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 45–25 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək olan dövrü əhatə edir.
Məntəqə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə 2020-ci il yanvarın 16-dan başlanır. Bu proses fevralın 6-dək başa çatmalıdır.
Oxşar xəbərlər
Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. BAKU.WS secki-2020.az-a istinadən xəbər v...