Sabah YAP-ın parlamentin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək
Sabah Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.
BAKU.WS apa-ya istinadn xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.
Qeyd edək ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Oxşar xəbərlər
Zaxarova: "Axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları Moskvanın mövqeyini əks etdirmir"
"Azərbaycan Baş Prokurorluğu tərəfindən respublikanın konstitusiya quruluşunu zorakılıqla devirməyə çağırış ittihamı ilə axtarışa verilən rusiyalı jurnalistləri...