Saakaşvilinin vəziyyəti kritikdir
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ali Radasının deputatı və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.
+"Oxu.az"a istinadən xəbər verir ki, o hazırda Saakaşvilinin vəziyyətinin çox kritik olduğunu bildirib
“Mixaillə görüşməyə icazə verilməyəndən iki gün sonra, nəhayət ki, bu gün xəstəxana rəhbərliyi Ukrayna konsulunu onun yanına buraxıb. Ona heç bir tibbi yardım göstərilmir. O, bütün günü uzanır, nevroloji tutmalar keçirir. O, çox zəifdir və bu zarafat deyil”, - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib.
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.
Oxşar xəbərlər
Saakaşvilinin həyat yoldaşı: "Onun azadlığı üçün əlimdən gələni edəcəyəm"
"Mixeil Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm”. BAKU.WS xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ali...