Rusiyanın Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusunun ötən gecə Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
"Daha 2 nəfərin cəsədi dağıntılar altından çıxarılıb", - deyə açıqlamada deyilir.
***10:19
Ukraynanın Çerkassı vilayətinin Uman şəhərinə Rusiyanın raket hücumu nəticəsində ölən və yaralanan var.
BAKU.WS-in xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında bildirib.
"Terrorçuların hədəfi dinc insanlar və obyektlərdir. Umana raket hücumu nəticəsində 10-a yaxın yaşayış binasına ziyan dəyib. Onlardan birində bütöv bir giriş dağıdılıb. İnsanlar dağıntılar altında qalıb. Təəssüf ki, yaralananlar və ölənlər var, onların arasında uşaq da var. Dneprdə terrorçuların atəşə tutması bir uşağın həyatına son qoyub. Rusiya terroru nəticəsində yaxınlarını itirən hər kəsə başsağlığı verirəm", - deyə Ukrayna lideri qeyd edib.
Son məlumatlara görə, hadisə zamanı 4 nəfər ölüb, daha 17 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...