Rusiyanın təbliğat kuklaları yalnız qışqırırlar: Fakt isə Azərbaycanın tərəfindədir
Yeniliklərdən dərhal xəbərdar olun
"Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına açıqladığı faktlar Kremlin canına vəlvələ salıb.
Rusiyada səhnəyə bu dəfə isə Sergey Mardan çıxıb.
O bildirir ki, Azərbaycanın və onun liderinin qazandıqları Moskvanın hədiyyəsidir. Əgər siz bu qədər ədalətli və humanist idinizsə, ümumrespublikalarda fərqli millətlərdən olan mütəfəkkirləri kim güllələdi? Ərləri, ataları sizin üçün döyüşən qadınları və uşaqları soyuq qış günlərində vaqonlarla kim sürgün etdi?!".
Bu barədə Baku TV-də yayımlanan süjetdə qeyd olunub. Məsələ ilə bağlı açıqlama verən jurnalist Turan İbrahimovun sözlərinə görə, Sergey Mardan jurnalist kimi fəaliyyətə başladığı ilk vaxtlardan deyib ki, dövlət haqlıdır, dövləti tənqid edənlərin hətta dərisini də soymaq lazımdır:
"Onun belə radikal çıxışları var və bu insan üçün ideal dövlət rəhbəri Stalindir. Bütün bunları bildikdən sonra Sergey Mardan kimi birindən Azərbaycana, digərlərinə və ümumiyyətlə, jurnalistikaya qarşı normal bir münasibət gözləmək mümkün deyil".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...