Rusiyanın hərbi zavodunda yanğın - VİDEO

Rusiya müdafiə zavodunun ərazisində güclü yanğın baş verib.
BAKU.WS Ural Mash-a istinadən xəbər verir ki, Yekaterinburqda “Uraltransmaş” müdafiə zavodunun ərazisində yanğın baş verib.
Məlumata görə, yanğın boş sexdə baş verib. Yanğın sahəsi 400 kvadratmetri əhatə edib. Çəkilən videolarda müəssisənin ərazisi üzərindən boz tüstü buludlarının yüksəldiyi görünüb.
Eyni zamanda, müəssisənin mətbuat xidməti yanğının sahəsinin 200 kvadratmetrdən az olduğunu, yanğının artıq söndürüldüyünü bildirib: “Köhnə anbarların ərazisində sökülmə işləri aparılarkən yanğın baş verib. Zavod istehsal prosesini həmişəki kimi davam etdirir.”
Oxşar xəbərlər
Musiqi tarixinin ən bahalı klipləri açıqlandı - VİDEO - SİYAHI
Bəzi məşhurların kliplərinin filmlər kimi böyük büdcəsi olub. Onlar arasında dünya trendlərinin alt-üst edən mahnılara çəkilən kliplər yer alıb. BAKU.WS xarici...
