Rusiyanın Ermənistandakı poliqonunda partlayış oldu, ölən var

13
may
2022
22:10
Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.
Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.
Oxşar xəbərlər
Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Armenpress” a...
