Rusiyalı tanınmış ekspert Moskvadakı üçtərəfli görüşü şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Moskvada üçtərəfli görüşün kifayət qədər uğurlu olduğunu hesab edirik. Həm Rusiya, həm də Azərbaycan Ermənistana müxalifətin revanşist bəyanatlarının alternativi olan sülh təklif etdilər. Faktiki olaraq Ermənistana müharibəyə hazırlaşmaq əvəzinə region ölkələri ilə çoxtərəfli formatda iqtisadi əməkdaşlıq yolu təklif olundu".
BAKU.WS xəbər verir ki, bu sözləri “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
Rusiyalı eskpert hesab edir ki, bunun praktik reallaşdırılması Azərbaycanla Naxçıvan arasında dəhlizin açılması olacaq: "Bu təkcə Azərbaycan və Rusiya deyil, eyni zamanda Ermənistan üçün də faydalıdır. Ermənistanın bu gün iqtisadiyyatı çox pis vəziyyətdədir.
Hesab edirəm ki, Dağlıq Qarabağ ətrafında növbəti məsələlərin həlli vacibdir. Birincisi, Ermənistan Silahlı Qüvvələrinin bir nəfər də olsun şəxsi heyəti Dağlıq Qarabağ ərazisində ola bilməz. Onlar istisnasız olaraq Azərbaycan ərazisindən Ermənistan ərazisinə çıxarılmalıdır.
İkinci vacib məqam bundan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasının həyata keçirilməsidir. Bu sərhədlər ittifaq ölkəsi arasında mövcud sərhədlər əsasında həyata keçirilməlidir. Burada tam təyin edilmiş və formalaşdırılmış sərhəd lazımdır ki, bu sərhəd də Azərbaycanın Sərhəd Xidmətinin nəzarətində olmalıdır.
Digər məqam Laçın koridorundan silahlı Ermənistan vətəndaşı, Ermənistan ordusunun mənsubu Qarabağa - Azərbaycan ərazisinə keçə bilməməlidir və bu, təmin olunmalıdır".
İqor Korotçenko həmçinin deyib ki, humanitar məsələlərin də həlli vacibdir: "Ermənistan minalanmış ərazilərin xəritəsini verməlidir. Hansı ki, onilliklər ərzində Azərbaycan ərazisində basdırılıb. Bu xəritələrin mövcudluğu minalanmış ərazilərin daha sürətli, effektiv və az itki ilə təmizlənməsinə imkan verə bilər.
Düşünürəm ki, görüşün yekunu ilə bağlı bu, elan edilmədi. Ancaq bu məsələnin də müzakirə edildiyini istisna etmirəm. Ermənistan üçün bu gün vacibdir ki, mövcud olan reallığı qəbul etməlidir və sülh yolu və iqtisadi inteqrasiya yoluna dayanmalıdır. Eyni zamanda Ermənistan normal, diplomatik və ticari münasibətlərin həm Azərbaycan, həm də Türkiyə ilə qurulmasına çalışmalıdır. Bu, Ermənistana imkan verəcək ki, sülh və dinc yolla inkişaf etsin.
Ermənistan həmçinin nasist ideologiyasından imtina etməli, faşist satqını olan Qaragin Nijde üçün qoyulan abidə də sökülməlidir. Nasist ideologiyasından qurtulduqdan sonra Ermənistan xalqı və dövləti üçün sülh yolu ilə inkişaf mümkün olacaq. Etiraf etmək lazımdır ki, Ermənistan üçün effektiv iqtisadiyyat yolu yalnız Azərbaycan, Türkiyə və digər ölkələrlə sıx əlaqələrin inkişafından asılıdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...