Rusiyalı politoloq: “Müasir Azərbaycan Heydər Əliyevin xidmətidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“İndi gördüyümüz müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətidir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” adlı dəyirmi masada politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.
Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıda tarixi memarlıq müasir memarlıqla vəhdət təşkil edir: "Bu vəhdət çox ahəngdardır. Heydər Əliyevin gördüyü hər bir işdə bu ahəngdarlıq hiss olunur".
"Heydər Əliyev böyük qəlbli insan idi. Onu təkcə iqtisadi məsələlər deyil, həm də insanların həyatını necə yaxşılaşdırmaq maraqlandırırdı. Bu, siyasətçi üçün çox vacib xüsusiyyətdir", - D.Qrevtsova deyib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...