Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdülər
17
apr
2023
10:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının hərbçiləri qəzaya düşüb.
BAKU.WS erməni mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının iki hərbçisi Gorus yaxınlığında “Nor Zəngər” adlanan ərazidə qəzaya düşüb.
Hadisə bazar günü günorta saatlarında, Zəngəzur rayonunda iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Nəticədə rusiyalı hərbçilərdən biri və digər avtomobildə olan Zəngəzur vilayətinin sakini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...