Rusiyalı ekspert: Hadisələr Azərbaycanın xeyrinə inkişaf edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən "Vladimir Solovyovla axşam" verilişinin efirində Qarabağdakı müharibə mövzusu yenidən müzakirə olunub.
BAKU.WS-in məlumatına görə, verilişin qonaqları döyüşən tərəflərin qüvvələri barədə fikirlərini bildiriblər.
Qonaqlardan biri, "Gazeta.ru" onlayn nəşrinin hərbi mütəxəssisi Mixail Xodarenok qeyd edib ki, müharibənin əsas nəticəsi döyüşlərin gedişatı və tərəflərin ümumi hərbi-iqtisadi potensialından asılı olacaq:
"Açığı deyim ki, Azərbaycan bu müharibəyə həm siyasi, həm hərbi-taktiki, həm də ərazinin öyrənilməsi baxımından daha yaxşı hazırlaşıb. Yeganə problem Azərbaycan Silahlı Qüvvələri bölmələrinin döyüş qabiliyyəti və döyüş hazırlığı ola bilər.
Lakin buna baxmayaraq, Azərbaycanın, demək olar ki, bütün cəhətləri ilə Ermənistanı üstələməsi səbəbindən təmas xəttindəki hadisələr Azərbaycan xeyrinə inkişaf edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...