Rusiyalı politoloqdan Qarabağ AÇIQLAMASI: "Münaqişəsi əbədi davam edə bilər...”

Rusiyalı politoloqdan Qarabağ AÇIQLAMASI: Münaqişəsi əbədi davam edə bilər...”
Siyasət 2399
 

Qarabağ münaqişəsi zonasında şiddətli toqquşmalar müntəzəm olaraq təkrar olunacaq.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bunu "Karnegi” fondunun Rusiya  Mərkəzinin eksperti, politoloq Aleksey Malaşenko deyib. Münaqişə zonasında fevral eskalasiyasını və danışıqların dalana dirənməsini şərh edən Malaşenko bildirib ki, nə qədər ki, bu münaqişə nizamlanmayıb, bu cür insidentlərlə müşaiyət olunan şiddətli toqquşmaların vaxtaşırı olaraq təkrarlanmasını gözləmək lazımdır. Ekspert əlavə edib ki, onun fikrincə hazırda münaqişənin nizamlanması üçün zəmin yoxdur.

"Nə qədər ki, tərəflər ənənəvi siyasətlərini davam etdirirlər, bu dalandan çıxış yolu görünmür. Tarix də bunu göstərir ki, belə regional münaqişələr əbədi davam edə bilər. Ona görə də mən münaqişənin aradan qaldırılması və ya nizamlanması yollarından danışa bilmərəm”-Malaşenko bildirib.

Ekspert əlavə edib ki, münaqişənin nizamlanmamış qalması Rusiyanı nüfuzdan salır. Və məhz buna görə Rusiya tərəfləri danışıqlar masası arxasına qaytarır, bu zaman amerikalı və fransalı tərəfdaşlarla birgə hərəkət edir. Çünki onların iştirakı ilə danışıqların dayandırılması indiki beynəlxalq situasiyada Rusiya üçün əlavə nüfuz itkisi olardı.

BAKU.WS

Son xəbərlər