Rusiyadan Ermənistana qaz verilişi dayandırılacaq

Rusiyadan Ermənistana qaz verilişi dayandırılacaq
Siyasət 150

Oktyabrın 18-19-da Rusiyadan Ermənistana qaz verilişi təmirlə əlaqədar dayandırılacaq.

BAKU.WS "report"a istinadən xəbər verir ki, "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri aparılacaq.

Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.

Son xəbərlər