Rusiyadan Azərbaycana reyslər nə vaxt bərpa olur? - VİDEO
Məlum olduğu kimi Rusiyadan Azərbaycana birbaşa bütün reyslər müvəqqəti olaraq dayandırılıb. Qərar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyyəsi ilə həyata keçirilib. Bu isə bayram günləri ilə əlaqədar ölkəyə qayıtmaq istəyən vətəndaşlarımızda çaşqınlıq yaradıb.
Bununla bağlı Baku TV sujet hazırlayıb.
Bildirilib ki, hazırda bütün reyslər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hazırda sərnişinlərin tranzit reyslərdən istifadə edə biləcəyini qeyd edib. O əlavə edib ki, Türkiyə, Belarus üzərindən bu cür reyslər mövcuddur.
Həmçinin, ləğv edilən reyslərlə bağlı bildirilib ki, sərnişinlər əldə etdikləri biletlərin tarixlərini dəyişə bilərlər.
Daha ətraflı sujetdə:
Oxşar xəbərlər
Atəşkəsi qoruya bilməyən sülhməramlı - Volskinin davamçısı Volkov
Ermənistanın 44 günlük müharibədə təslim olması sülhməramlıların Azərbaycan ərazisinə yerləşdirilməsi ilə başa çatdı. Məlum 10 noyabr bəyanatının 3, 4 və 5-ci m...