Rusiyada taksi sürücüsü xırda pul üstündə sərnişinin ayağını qırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sankt-Peterburq şəhərində bir nəfər taksi sürücüsü tərəfindən pul qalığına görə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb.
Sürücü adamı təyinat yerinə çatdırıb, lakin gediş haqqını ödəyərkən sürücünün pul qalığı üçün məbləği olmayıb.
Bu zəmində münaqişə yaranıb, bundan sonra taksi sürücüsü Sankt-Peterburq sakinini təpikləyib və onun sağ topuq nahiyəsində sınıq yaranıb.
Zərərçəkmiş Marinski xəstəxanasına aparılıb və bir müddət sonra ambulator müalicəyə göndərilib.
Sürücü barəsində cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları sərnişinə dəymiş ziyanı ağır bədən xəsarəti kimi qiymətləndirib.
Taksi sürücüsü saxlanılıb.
Oxşar xəbərlər
Restoran sahibliyindən hərbi liderliyə - “Vaqner”in üsyankar rəhbəri PRİQOJİN KİMDİR?
Rusiya prezidenti Vladimir Putinin “şefi” kimi tanınan və Rusiya administrasiyasına qarşı üsyana başlayan “Vaqner”in qurucusu Yevgeni Priqojin bir çox ölkədə fə...